merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 39 Second

 81 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yeni qələbələr qazanır. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir.

Bu sözləri  Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Ipmedia.info xəbər verir ki,ölkəmizdə hamının Azərbaycan Prezidentinin qələbə müjdəli xəbərlərini sevinclə və həsrətlə gözlədiyini bildirən deputat deyib: “Dövlətimizin başçısı oktyabrın 20-də xalqa müraciətində “Böyük Qayıdış”ın müjdəsini verərək dedi: “Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”. Prezident İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayılın Çocuq Mərcanlı kəndində abad qəsəbənin salındığını, Şuşa məscidinin bənzərinin inşa edilməsini xatırlatdı. Bildirdi ki, biz “Böyük Qayıdış”ın astanasındayıq. Dövlətimiz işğaldan azad edilmiş torpaqlarda vətəndaşlarının firavan yaşaması üçün hər cür şərait yaradacaqdır”.

T.Cəfərova qeyd edib ki, üstünlüyümüzü, qələbəmizi qəbul etməyən Ermənistanın siyasi hakimiyyəti ölkəmiz haqqında dezinformasiya yayır. Guya ki, bizim ordumuzda düşmənə qarşı başqaları vuruşur. Onlar anlamırlar ki, ürəyində Vətən sevgisi hər şeydən yüksək olan Azərbaycan əsgərinin heç kimə ehtiyacı yoxdur və öz torpağını özü qorumaq iqtidarındadır. “Bu gün Azərbaycanın döyüş meydanında üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan Azərbaycan Ordusu tam üstünlüyə malikdir. Azərbaycan Ordusu düşmənin istehkamlarını, canlı qüvvəsini, texnikasını darmadağın edib, necə deyərlər, düşməni diz çökdürüb. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucalır. Budur, Azərbaycan dövlətinin, xalqının və Ordusunun gücü!. Ermənistan nə qədər gec deyil, bu həqiqəti qəbul etməli və məğlubiyyətini etiraf etməlidir”.

Onun sözlərinə görə, indi bizim döyüş və diplomatiya meydanlarında qazandığımız qələbələr, öz sözümüzü çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyətinin nəticəsidir. “Xalq hər zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında da Prezidentin ətrafında sıx birləşdi və ona inandı. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi yaxşı bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır -həm danışıqlar masasında, həm də hərb meydanında”, – deyə deputat qeyd edib.

Var olsun Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.