“Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

“Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

Read Time:39 Second

 240 

 

Seyid Abbas  Musəvi:“Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

Oktyabrın 26-da İranın Azərbaycandakı Səfiri Seyid Abbas Musəvi Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

 

Şuradan bildirilib ki, MŞ sədri Əflatun Amaşov Azərbaycan-İran münasibətlərinin hazırkı durumundan söz açıb. O bildirib ki, bütün sahələrdə ölkələr arasındakı yüksək səviyyəli əlaqələr Azərbaycanın və İranın media orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərib.

 

MŞ sədri həmçinin Azərbaycan ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurlar barədə söz açıb və qeyd edib ki, bu uğurlar Azərbaycan-İran sərhəd bütövlüyünü təmin edib. Bu isə son dərəcə vacib siyasi məqamdır. “Azərbaycan öz torpaqlarını işğaldan xilas edir. Ölkəmizin işi haqq işidir. Əminik ki, Azərbaycanın cənub qonşusu olan dost İran dövləti də bu mübarizəmizdə bizə mənəvi dəstəkdir. Bunu hiss etmək çox xoşdur”, – deyə Ə.Amaşov vurğulayıb.

0
ƏSAS SƏHİFƏ