22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır

Read Time:24 Second

 418 

ipmedia.info  oxu.az-a istinadən xəbər verir ki,

Hindistanlı elm adamları ucuz başa gələn kağız əsaslı “Feluda” adlı koronavirus testi hazırlayıb.

Bu barədə BBC xəbər verir.

Bir saatdan az bir müddətə nəticələri açıqlayacaq “Feluda”nın 500 rupi (təxminən 11,6 AZN) dəyərində olacağı təxmin edilir.

Dehli Genomika və İnteqrativ Biologiya İnstitutunun tədqiqatçıları testi artıq 2000 xəstənin üzərində sınaqdan keçirib. Yeni testin 96 faiz həssaslığa və 98 faiz spesifikliyə sahib olduğu müəyyənləşib.

Hindistan Dərmanları Tənzimləmə Təşkilatı testi ticari istifadə üçün təsdiqləyib.

0