29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Çin 16.000 məscidi yıxdı ❗

Read Time:34 Second

 105 

Peyk görüntüləri analiz edərək hazırlanan araşdırmada, 8500 məscidin tamamilə, 16 min məscidin ya qismən məhv edildiyi yada zərər gördüyü ifadə edilib.

 

Xəbərdə, Kommunist Çin rəhbərliyinin bölgədəki türbələrin, qəbiristanlıqların və digər dini yerlərin yüzdə 30-un dağıtdığı və bəzi məscidlərin kafe, bar və ictimai tualetə çevrildiyi bildirildi.

 

Çin Xarici İşlər Nazirliyi, Avstraliyada yerləşən düşüncə mərkəzinin (ASPI) Şərqi Türkistan boyunca 2017-ci ildən bəri minlərlə məscidin məhv edildiyi barədə məlumatını təkzib edərək bölgədə 24.000 məscid olduğunu iddia etdi.

İpmedia.info xəbər verir ki,

ASPI əvvəllər Çin Kommunist Partiyası rəhbərliyinin 2017-ci ildən bəri Şərqi Türkistanın hər yerində yüzlərlə konsentrasiya düşərgəsi inşa etdiyini bildirmişdi. Bu düşərgələrdə təxminən 3 milyon Uyğur müsəlmanının assimilyasiyaya məruz qaldığı bildirilir.

0