İctimai Nəqliyyat

Bakıda elektrikli avtobuslar istismara veriləcək

“2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qız mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”. Ipmedia.info “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin […]

HADİSƏ İctimai Nəqliyyat Ölkə

Bibisi oğlunun qəzada ölməsinə səbəb olubmuş – 3 il sonra etiraf etdi

Xızı rayonu ərazisində naməlum sürücünün maşınla vurub öldürdüyü şəxsin qəzadan əvvəl qohumu tərəfindən döyüldüyü məlum olub. İpmedia.info Baş Prokurorluğa istinadən xəbər verir ki, 5 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub […]

İctimai Nəqliyyat Ölkə

Bakıdakı elektrik qatarlarında ödəniş təmassız bank kartları ilə olacaq

İpmedia.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Visa”, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ölkədə ilk dəfə dəmir yollarında sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır. Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə […]

İctimai Nəqliyyat

Bu gündən Bakı metrosu açılır

  Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının […]

İctimai Nəqliyyat

İctimai nəqliyyat 2 gün işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək. İpmedia “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Qeyd edək ki, […]