HADİSƏ

Ermənilər mülki əhalini hədəfə almaqda davam edirlər: Ağdam sakininin evinə mərmi düşüb

ipmedia.info  APA.az-a istinadən xəbər verir ki, Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.  İşgalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb. Nəticədə Z.Əsədova məxsus ev və “VAZ 2107” markalı avtomobil yararsız hala düşüb. Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir […]

HADİSƏ

Baş Prokurorluq: Ermənilərin son təxribatı ilə bağlı 4 maddə üzrə cinayət işi başlanıb

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. İpmedia.info APA-ya istinadən xəbər verir ki , hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbiçisi […]

HADİSƏ

Göyçayda ər arvadını bıçaqladı

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki, Göyçayda bıçaqlanma hadisəsi baş verib. Rayonun Qarabaqqal kənd sakini, 1962-ci il təvəllüdlü Nəsirova Gülşən Qafur qızı həyat yolaşı ilə aralarında yaranan mübahisə zamanı onun tərəfindən bıçaqlanıb. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 1+

HADİSƏ

Ağsuda avtomobil aşıb, ölən var

ipmedia.info  APA.az-a istinadən xəbər verir ki, Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla […]

HADİSƏ

Goranboyda qəza, ölən var

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki, Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  “KamAz” markalı yük maşını ilə “Moskviç” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Moskviç”in sürücüsü – 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu vəfat edib. Faktla bağlı araşdırma aparılır. 0

HADİSƏ

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

ipmedia.info APA.az-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təyyarə qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.  Ceyhun Bayramov bu barədə “Twitter”də paylaşım edib. “Xarkovda faciəli hərbi təyyarə qəzası nəticəsində insan tələfatından dərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmasını diləyirik. Dəstək və həmrəyliyimiz Ukrayna hökuməti və xalqı ilədir”, […]

HADİSƏ

İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

ipmedia.info APA.az-a istinadən xəbər verir ki, İmişli və Tərtər  sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. Eyni zamanda Tərtər Rayon […]

HADİSƏ

Ermənilər atəşkəsi 48 dəfə pozub

ipmedia.info  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 48 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, […]

HADİSƏ

Azyaşlı uşağı qorumaq istəyən qardaşlar beşbarmaqla döyüldülər

Bakının Nizami rayonunda 10 yaşlı uşağın döyüldüyünü görən şəxslər onu müdafiə etmək istəyərkən bıçaqlı müqavimətlə üzləşiblər. İpmedia.info  APA-ya istinadən xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsində baş verib. 34 yaşlı Nizami Abdullayev qardaşı – 30 yaşlı Nəsimi Abdullayevlə birgə idarə etdiyi avtomobildə hərəkətdə olan zaman yol kənarında təxminən 9-10 yaşlı uşağın naməlum kişi tərəfindən döyüldüyünü […]