26 Oktyabr 2020

İpmedia.info

İnternational Press

“CasaMia”dan Azərbaycan Ordusuna dəstək!

Read Time:34 Second

 170 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

“CasaMia”  şirkəti dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürüb.

“Qafqazinfo” bildirir ki, “CasaMia” şirkəti də işğal altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəmir. Şirkət tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürülüb.

Xatırladaq ki,  şirkət bu ilin Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə köçürmüşdü.

Eyni zamanda, “CasaMia” şirkəti əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub.

“Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bütün hərbçilərimizə uğurlar arzulayırıq!”, – şirkətin yaydığı məlumatda bildirilir.

0