26 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Can Dündarın əmlakı müsadirə olunacaq

Read Time:28 Second

 57 

ipmedia.info  “CNN Türk”-ə istinadən xəbər verir ki,

Türkiyəli jurnalist Can Dündarın daşınar və daşınmaz əmlakının müsadirə edilməsi və bütün bank hesablarına həbs qoyulmasına qərar verilib.

müvafiq qərar İstanbul 14-cü Ağır Cəza Məhkəməsi tərəfindən verilib.

Qeyd edək ki, o, “Cümhuriyyət” qəzetinin baş redaktoru olduğu müddətdə MİT yük maşınlarının dayandırılması ilə bağlı məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi.

Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.

0