MÜSAHİBƏ

Cəmiyyətin sürü psixologiyasından uzaq durmağı tövsiyyə edirəm-Psixoloqla Müsahibə

 489 

Özünüzü təqdim edin

-Rzaquliyeva Lalə.

İxtisasınız

-Psixoloq

Sizcə gənclərin ailə ilə ünsiyyət qura bilməməsində günah kimdə olur?

-Fikrimcə burada əsas məsuliyyət valideynin üzərinə düşür. Valideynlər övladları ilə düzgün ünsiyyət qurmağı bacarmalı, onları dinləməlidirlər. Əks halda uşaq ya problemini ailəsinə deyə bilməyib içinə qapanır və belə böyüyür, yada cəmiyyətdə özünə dostlar axtarır. Təbiiki insanın cəmiyyətlə ünsiyyət qurması müsbət haldır, amma nəzərə alsaq ki, azyaşlı bir uşaq cəmiyyətin yaxşı və pis tərəflərini ayırd edə bilmir və bəlkə də bataqlığa doğru sürüklənir bunun qarşısını almaq üçün ilk öncə valideynin övladı ilə düzgün ünsiyyət qurması vacibdir.

Valideynlərin övladlarının həyatında mühüm qərarları verməsi sizcə nə dərəcədə doğrudur?

-Deyərdim ki, ümumiyyətlə doğru deyil. İnsan yaşayacağı həyatı özü seçməlidir. Vacib qərarları özü verməli, seçimləri səhv olsa belə bundan dərs çıxarmağı bacarmalıdır. Övladının təhsil alacağı ixtisası, gələcək peşəsini, ailə həyatı quracağı insanı seçərkən valideyn doğru hərəkət etdiyini düşünürsə yanılır. Heç bir valideyn övladının yerinə onun həyatını yaşamayacaq, bəs onda niyə onun yerinə qərar verərək həyatını yönləndirsin?! Xalqımızın ən böyük problemlərindən biri də deyərdim ki budur.

Sizcə gənc beyni necə işləyir?

-Gənc beyni dedikdə dinamik, hər şeyi edə biləcək gənclərin dövrümüzdə fəaliyyət sahələrini gördükdə insan heyrətə gəlir. 10 il əvvəl gənclərin nə üçünsə məqsədi olduğunu görürdük, indi isə hər 10 gəncdən 7 si blogger olmaq arzusundadır. Elektronikanın inkişafı avropanı irəli, Azərbaycanı geri aparır deyə bilərəm. Amma bütün bunların yanında ağlı başında olan gənclərin varlığını görmək insanda gələcəyə ümid yaradır.

Gənclərə hansı tövsiyyələr verərdiz?

– Cəmiyyətin sürü psixologiyasından uzaq durmağı tövsiyyə edirəm. Hər kəs edir məndə edim deməyin, fərqlənən siz olun.

Son olaraq müsahibə və mənim haqqımda fikirləriniz.

-Müsahibə üçün təşəkkürlər. Verilən suallar dövrümüzün problemlərini əks etdirirdi. Ümidvaram verdiyim cavablar gənclər və valideynlərinə birazda olsa fayda verər. Yuxarda qeyd etdim sizin kimi gənclərin varlığı gələcəyə ümid yaradır.

17+

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.