24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

“Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”

Read Time:1 Minute, 27 Second

 226 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

“İslam Əməkdaşlıq Təşkilatının iki gün öncə bəyanatını eşitdik. Orada tam olaraq Azərbaycanın mövqeyi və ərazi bütövlüyü dəstəklənir. Ancaq çox təəssüflər olsun ki, ötən dövr ərzində bəzi islam dövlətləri Ermənistanla əməkdaşlıq ediblər və hətta Ermənistan bəzi islam dövlətlərini özünün əsas iqtisadi tərəfdaşı kimi qeyd edir”. 

Bunu  millət vəkili Naqif Həmzəyev İrandan Ermənistana silah daşınmasına dair sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, digər qonşu dövlətlər kimi İran da Azərbaycanın daxili işinə qarışmamalıdır: “Həmin kadrları biz də sosial şəbəkələrdə görmüşük. Anlaya  bilmirik ki, burada hansı islamdan, hansı müsəlmançılıqdan  danışmaq olar? Açığı bizim inanmağımız gəlmir, bizə çox pis təsir edir ki, 35 milyondamn çox azərbaycanlının yaşadığı bir ərazidə sanki, bizim hissiyyatımızla oynayırlar. Düşünürəm ki, dünən də bəzi rəsmilərin verdiyi açıqlamalardan sonra bu cür halların qarşısı tamamilə alınacaq. Necə ki, Rusiya və digər dövlətlər qeyd edirlər ki, biz qonşu ölkələrin  işinə qarışmırıq, o cümlədən, İran və digər islam dövlətləri də Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycan öz ərazisinin bərpa olunması və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bu döyüşləri aparır”.

N. Həmzəyev bildirib ki, ermənilər terrordan qaynaqlanması, təxrtibatlar törədiərək dinc əhalini atəşə tutması faktdır. Dövlətimizin istəyi odur ki, döyüş yolu ilə o torpaqları terrorçulardan azad etsin və orada sabitliyi bərqərar etsin:

“Bizim dinc əhali ilə işimiz yoxdur. Yalnız əli silah tutan və ordumuza qarşı döyüşən insanlarla döyüşürük. Ona görə də qonşu ölkələr – fərq etmir, müsəlmandır a yox, ən azı Gürcüstandan örnək götürsünlər. Gürcüstanın atdığı addımlara bərabər addımlar atsınlar. Əgər belə videolar yayılarsa və qonşu ölkənin rəsmiləri icazə verirlərsə ki, Ermənistana  hansısa hərbi yüklər daşınsın, məncə orada yaşayan 35 milyon azərbaycanlı bu prosesin qarşısını almalıdır və alacaq da. Çünki onların hisləriylə oynamaq olmaz. Orada ciddi təxribatın törədilməsinə İran rəsmiləri imkan verməməlidir”.

1+