22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Bu gün Putin 68 yaşını qeyd edir

Read Time:31 Second

 216 

Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 68 yaşı tamam olur.

Ipmedia.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin doğum gününü necə keçirəcəyi barədə danışıb.

Mətbuat katibi bildirib ki, dövlət başçısı günün birinci yarısını ölkədaxili məsələlərə və xarici telefon danışıqlarına həsr edəcək. Putin günün digər hissəsini ənənəsinə uyğun olaraq doğmaları və yaxın dostları ilə keçirəcək.

Ənənəyə uyğun olaraq dövlət başçısının yaxınlarından təbriklər qəbul etməsi axşam saatlarına təxirə salınıb. “Günün digər hissəsinə gəlincə, bu, yəqin ki ənənəvi olaraq dostlar, doğmalar və yaxınlarla olacaq”, – Peskov deyib.

Putin 16-cı dəfədir ki, doğum gününü Rusiya prezidenti vəzifəsində qeyd edir.

0