Bu gün ABŞ – da prezident seçkiləridir.

Bu gün ABŞ – da prezident seçkiləridir.

Read Time:59 Second

 60 

Bu gün ABŞ-da növbəti prezident seçkiləridir. İndi hamını maraqlandıran sual budur ki, kim seçiləcək – Tramp yoxsa Bayden? ABŞ seçkiləri haqda proqnoz vermək çox çətindir, xüsusilə də belə namizədlər iştirak edəndə.

IPmedia.info xəbər verir ki, pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadları nəzərə almasaq (onlar iç seçkilərə təsir göstərir), 2016-cı il seçkiləri ilə oxşarlıq çoxdur.

Bir çoxları Donald Trampın 4 illik hakimiyyəti dövründə ölkədə irqçi tendensiyaların artmasını və bu amilin də seçkiyə təsir edəcəyini iddia edirlər.

Hərçənd ki, ABŞ-da irqçilik hər zaman olub, sadəcə Trampın populizmi onu gizli formadan açıq müzakirəyə çıxardı. Belə də ki, hələ 2016 seçkiləri ərəfəsində də demokratlar Trampı daim irqçilikdə ittiham edirdilər. Odur ki, məncə bu məsələdə də hansısa yenilik yoxdur.

Başqa bir yenilik kimi həm də son illər ABŞ cəmiyyətinin ifrat qütbləşməsi göstərilir. Daha dəqiq desək, siyasi fəal kəsimin. Əslində isə belə qütbləşmə də yeni deyil və ABŞ siyasətində hər zaman olub.

Bir neçə gün əvvəl də yazdığım kimi, 2016-cı il prezident seçkiləri ərəfəsində keçirilən rəy sorğuları Donald Teampın seçilmək şansını cüzi olduğunu göstərirdi.

Amma gördüyümüz kimi, bu gün prezident Tramp ikinci müddətə seçilmək uğrunda mübarizə aparır və onun qalib gələcəyini və ya məğlub olacağını heç kəs əminliklə deyə bilməz.

0
ƏSAS SƏHİFƏ