25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

BP Xəzər dənizində platformaları fiber-optik xətlə birləşdirəcək

Read Time:35 Second

 124 

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçiridiyi layihə çərçivəsində 5,5 km 33 kV-lik fiber-optik elektrik kabelinin istehsal-təchizatı və polad boru sualtı izolyasiya klapanının (SSIV) çatdırılması üçün JDR şirkəti ilə müqavilə bağlayıb.

İpmedia.info  xarici mətbuata istinadən xəbər verir ki, fiber-optik elektrik kabel ofşor zonasında yerləşən mövcud və yeni platformaları birləşdirərək, enerji və rabitə xidməti ilə təmin edəcək.

JDR bildirib ki, kabelin istifadəsinə görə platformada qaz turbininin quraşdırılmasına ehtiyac qalmayacaq və bunun nəticəsi kimi, ətraf mühit ziyan görməyəcək. SSIV isə üst tərəfdən quyudan neft ixrac edən sualtı izolyasiya klapanına bağlanacaq və operatora klapan üzərində kritik nəzarət ilə təmin edəcək.

Qeyd edək ki, məhsulların layihəyə çatdırılması 2021-ci ilin may ayında planlaşdırılır.

0