25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

BMT dünya ölkələrinə səslənib

Read Time:40 Second

 461 

COVID-19 pandemiyası dövründə Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ölkələrini qənaətdən imtina etməyə çağırıb, həmçinin dövlət büdcələrinin xərclərini artırmaq və xaricə kapital axınını dayandırmaq üçün aşağı əməkhaqqı alan işçilərin məvaciblərini artırmaq, sərvət vergilərini yüksəltmək və şirkətlər üzərində nəzarəti gücləndirməyi tövsiyə edib.

İpmedi.info xəbər verir ki, bu barədə  BMT-nin Ticarət və İnkişaf Konfransının dünya ölkələrinə böhrandan çıxmağa dair tövsiyələrin yer aldığı hesabatında bildirilib. Hesabatda qeyd edilir ki, builki sarsıntılardan sonra qlobal ÜDM təxminən 4,3% azalacaq və ilin sonunadək pandemiyadan əvvəlki səviyyədən təxminən 6 trln. dollar az olacaq.

Bundan başqa, hesabata görə, bu şokların əsas nəticəsi sərvət bərabərsizliyinin artması və aztəminatlı vətəndaşların həssaslığının artması olacaq.

“İnkişaf etmiş ölkələrdə şirkətlərin təhlükəli maliyyə vəziyyəti investorların etibarını azaldacaq və artan dövlət borcları ilə birlikdə vergi gəlirlərinin azaldılması inkişaf etməkdə olan ölkələrin maliyyə məkanını məhdudlaşdıracaq”, – hesabatda deyilir.

0