22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Bişkekdə etirazlar zamanı xəsarət alanların sayı 700-ü keçdi

Read Time:26 Second

 94 

ipmedia.info  oxu.az-a  istinadən xəbər verir ki,

Qırğızıstanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 768-ə çatıb.

Bununla bağlı “İnterfaks” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 550-si ambilator müalicəyə buraxılıb, 218-i xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, toqquşmalar zamanı bir nəfər ölüb.

Xatırladaq ki, dünən etirazçılar həbsdə olan eks-prezident Almazbek Atambayevi və sabiq baş nazir Sapar İsakovu həbsxanadan azad ediblər. Bundan başqa, nümayişçilər parlamentin, Bişkek meriyasının və hökumət binalarını ələ keçiriblər.

0