merry christmas

Yeni İliniz Mübarək

Read Time:26 Second

 125 

Binəqədi rayonunda quldurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Binəqədi qəsəbəsində Bakı şəhər sakini E.Ələkbərovu bıçaqla hədələyib 300 manat dəyərində mobil telefonunu, içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını, həmçinin içərisində 80 manat dəyərində geyim əşyaları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Rəhimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İpmedia.info

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.