Read Time:31 Second

 43 

Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 12 min 510 ton məhsul təhvil verilib.

Ipmedia.info xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi bildirib ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarında bol məhsul yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.