26 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Belarusiyada etirazlar davam edir: bəzi nümayişçilər tutuldu

Read Time:1 Minute, 23 Second

 78 

Ipmedia.info xəbər verir ki, Belarusiyada ölkə daxilində Prezident seçkilərinin nəticələrinə etiraz olaraq nümayişlər təşkil edildi. Etirazlara əvvəlki həftələrə nisbətən daha az insan qatıldı.

Sosial media hesabı vasitəsi ilə paytaxt Minskdəki Prezident Sarayı və Ali Məhkəməni mühasirəyə almağa və bütün ölkədə nümayişlər keçirməyə çağırış edildi. Minskdəki təhlükəsizlik qüvvələri Prezidentin yerləşdiyi bölgədə və şəhər mərkəzində icazəsiz keçirilən nümayişlər səbəbindən ciddi təhlükəsizlik tədbirləri aldı. Polis Nemiga Prospektində toplaşaraq Stella Meydanına yürüşə cəhd edən bəzi nümayişçiləri saxladı.

Fotoğraf: Reuters

Etirazçılar Prezident Sarayına yürüş etmədilər

Əvvəlki həftələrə nisbətən daha az insanın iştirakı ilə keçirilən nümayişlərdə sosial mediaya səslənməsinə baxmayaraq etirazçılar Prezident Sarayına yürüş etmədilər. Nümayişçilər, Belarusiyanın 1995-ci ildən əvvəl istifadə etdiyi qırmızı-ağ-qırmızı bayraqlar və şüarlarla bir müddət şəhərin mərkəzindəki bəzi küçələrdə yürüş etdilər.

Sonra etirazçılar özbaşına dağıldı. Ölkənin bəzi şəhərlərində meydanlara çıxan etirazçılara polis müdaxilə etdi. Sosial media hesablarında yer alan bəzi görüntülərdə polislərin gözyaşardıcı qazdan istifadə etdikləri, havaya atəş açdıqları və Polşanın sərhədindəki Brest şəhərində dağılan nümayişçilərə qarşı müdaxilələrə qarşı çıxan nümayişçiləri saxladığı görüldü.

9 Avqustda Belarusiyada keçirilmiş Prezident seçkilərində hazırkı prezident Alexander Lukashenko qalib gəldikdən sonra nümayişlər seçkilərin manipulyasiya edildiyi iddiası ilə başladı.

Koronavirus artmağa davam edir

Belarusiya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, COVID-19 xəstələrinin sayı son 24 saat ərzində 213 artaraq 75 min 674-ə, həyatını itirənlərin sayı isə 4 nəfər artaraq 780-ə çatıb. 53 nəfərin virusdan qurtulduğu ölkədə sağalmış insanların sayı 73 265 nəfərə çatdı.

Karantin elan olunmayan ölkədə 1629 COVID-19 xəstəsinin müalicəsi davam edir. Belarusiyada, aprelin sonunda 900-dən çox olan gündəlik hadisələrin sayı, may ayında minə yaxınlaşdı, iyun ayında azaldı və avqust ayında 100-dən aşağı görüldü. Sentyabrın əvvəlində yenidən artmağa başlayan gündəlik xəstələrin sayı 5 gündür 200-dən çoxdur.

0