22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Odessada boşaldılı

Read Time:42 Second

 126 

 

Azərbaycan neftini Belarusa daşıyan növbəti tanker Odessa limanında boşaldılmağa başlanılıb.

 

İpmedia.info “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

 

“Tanker dünən Odessanın Cənub limanına gəıib və boşaldılmağa başlanılıb”, – deyə A.Tişenko bildirib.

 

Onun sözlərinə görə, neft Mozır neft emalı zavoduna Odessa-Brodı boru kəməri vasitəsilə çatdırılacaq. Ümumilikdə, təxminən 95 min ton həcmində nefti daşıyan tanker sentyabr ayının sonunda Türkiyənin Ceyhan limanından yola salınıb.

 

Bildirilir ki, Belarus neft emalı zavodları oktyabr ayında 1,7 milyon ton neft emal etməyi planlaşdırırlar ki, bura 1,65 milyon ton Rusiya nefti də daxildir. Bu neftin həcmlərinin 80 min tonu dəmir yolu ilə tədarük ediləcək.

 

Bundan öncə “Belneftexim” konserninin sədri Andrey Rıbakov bildirmişdi ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər

0