25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Bank BTB Silahlı Qüvvələrə 100 min vəsait köçürdü

Read Time:27 Second

 122 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

İşğal olmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün şərəflə döyüşən ordumuza fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir fiziki və hüquqi şəxs maksimum dəstək olmağa çalışır.

Bank BTB də öz növbəsində Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Nəzərinizə çatdıraq ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.

0