29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Balenin gəzdiyi yeri öpməlidirlər

Read Time:38 Second

 60 

“Tottenhem”dən daha böyük klublardan da maraqlananlar var idi. Amma Bale getdiyi yerlə kifayətlənmək istədi. Hamı onun “Real”dakı karyerasının sona çatdığını qəbul etmişdi. Buna görə də ayrılmaq kifayət qədər asan oldu”.

 

IPmedia.info xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl “Real”dan “Tottenhem”ə keçən Gareth Balenin agenti Conatan Barnett deyib. O, “The Telegraph”a açıqlamasında “kral klubu”nda uelsli yarımmüdafiəçiyə yetərincə dəyər verilmədiyini vurğulayıb:

 

 

“Burada şəxsiyyət toqquşması, dəstək çatışmazlığı vardı. Bir çox şey fərqli idi. Bale “Real”da yaxşı çıxış edən adama layiq hörməti görmədi və bu, həqiqətən də böyük problem idi. “Real” Balenin gəzdiyi yeri öpməlidir”.

 

Qeyd edək ki, 31 yaşlı oyunçu 2007-2013-cü illərdə də çıxış etdiyi London təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb.

0