İctimai Nəqliyyat Ölkə

Bakıdakı elektrik qatarlarında ödəniş təmassız bank kartları ilə olacaq

 75 

İpmedia.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Visa”, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ölkədə ilk dəfə dəmir yollarında sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.

Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.