26 Oktyabr 2020

İpmedia.info

İnternational Press

“Bakı İrəvan və müttəfiqlərini dalana dirəyib” – Livanlı politoloq

Read Time:39 Second

 250 

 

Azərbaycanın unikal və eyni zamanda uğurlu hərbi-siyasi taktikası Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib.

 

  1. Ipmedia.info xəbər verir ki, bunu Trend-ə livanlı politoloq Əli Bəkir deyib.

 

Onun sözlərinə görə, hazırda Ermənistan həmin dalandan çıxmaq istəyir və bunun üçün Azərbaycan tərəfində guya xarici muzdluların döyüşməsi barədə saxta xəbərlər yayır:

 

“Heç bir ölkə Azərbaycan tərəfində xarici muzdluların döyüşməsi barədə sübut təqdim edə bilməyib”.

 

Ə.Bəkir qeyd edib ki, beynəlxalq ictimaiyyətin dezinformasiyası üçün, həmçinin Qərb KİV-ləri də cəlb edilib. Onlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını diqqətə almır.

 

Politoloq əlavə edib ki, tərəfləri atəşkəsə çağıran ölkələr də işğal faktından, onun dayandırılmasının zəruriliyindən və Azərbaycan ərazilərinin azad edilməsinin böhranın yeganə həllinin olmasından danışmırlar.

 

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq hərbi balans Azərbaycanın xeyrinə dəyişib

0