Bəzək əşyası kimi istifadə etdiyi əşya itkin düşmüş şəxsin kəllə sümüyü çıxdı – FOTO

Bəzək əşyası kimi istifadə etdiyi əşya itkin düşmüş şəxsin kəllə sümüyü çıxdı – FOTO

Read Time:45 Second

 147 

 

2012-ci ildə yoxa çıxan insana məxsus kəllə sümüyü başqa bir şəhər sakininin evində kamin üzərində bəzək əşyası kimi istifadə edilib.

 

İPmedia.info xəbər verir ki, KXAN telekanalının məlumatına görə, hadisə ABŞ-ın Kolorado ştatında yaşanıb.

 

Bildirilir ki, Morqan şəhərinin şerifinə yerli sakinlərdən birinin evində rəfdə günəş eynəkli kəllə sümüyü barədə xəbər verilib.

 

Evin sahibi isə kəllə sümüyünü 2019-cu ilin martında Qobi şəhəri yaxınlığında tapdığını və tapıntıdan bəzək elementi kimi istifadə etmək qərarına gəldiyini deyib.

 

Polis kəlləni ekspertizaya yollayıb. DNT analizi nəticəsində onun 2012-ci ildə yoxa çıxan 79 yaşlı Uilli Makkennə aid olduğu aydınlaşıb.

 

“O vaxtlar Makkennin yaxın qohumu tərəfindən (hansı ki, o da indi vəfat edib) öldürülə biləcəyi barədə söz-söhbətlər gəzirdi”, – deyə rayon prokuroru Rassell Conson hadisə ilə bağlı bildirib.

 

Müstəntiqlər kəllənin tapıldığı ehtimal olunan yerdə axtarışlara başlayıblar. Həmçinin, yerli camaatdan Makkennin ölümü ilə bağlı məlumatların paylaşılması istənilib.

 

 

0
MARAQLIDIR