Read Time:26 Second

 241 

Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir.

Ipmedia.info xəbər verir ki,dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.