Bərdədə erməni terroru – rayon mərkəzi xəstəxanasından

Bərdədə erməni terroru – rayon mərkəzi xəstəxanasından

Read Time:39 Second

 437 

Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub. Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə zərbələr endirilməsi nəticəsində ilkin məlumata görə, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İpmedia.info xəbər verir ki, xəstəxananın baş həkimi Əliyar Sərvərov bildirib ki, indiyədək xəstəxanaya 40-dan çox yaralı daxil olub: “Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda əməliyyat prosesi gedir. Aralarında 15-16 yaşlı uşaqlar da var. Onlardan biri – 16 yaşlı oğlan döş qəfəsindən ağır qəlpə yarası almışdı, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Hazırda bütün həkimlərimiz iş başındadırlar və var gücləri ilə yaralıların həyatlarını qurtarmaq üçün çalışırlar”.

0
Dağlıq Qarabağ Münaqişəsi HADİSƏ SON DƏQİQƏ