01 Noyabr 2020

İpmedia.info

İnternational Press

Aznetdə “PHISHING” hücumlarının sayı azalıb

Read Time:34 Second

 423 

Bu ilin sentyabr ayında Azərbaycanın “.az” domenində (Aznet) olan saytların hər 110-u nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,3%-ni təşkil edir.

İpmedia.info-nun “Netcraft” analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 330-u fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 10,8% azalıb.

Qeyd edək ki, bu günə “.az” domenində 36,3 minədək sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, Ukraynada hər 281, Rusiyada – 195, Belarusda – 946, Latviyada – 76, Litvada – 271, Estoniyada – 59, Qazaxıstanda – 969, Özbəkistanda – 537, Tacikistanda – 52, Qırğızıstanda – 473, Gürcüstanda – 311, Ermənistanda isə 286 sayta bir uğurlu fişinq hücumu düşüb.

0