Azəriqaz”ın əməkdaşları “Əsgərə məktub” layihəsinə qoşulub

Azəriqaz”ın əməkdaşları “Əsgərə məktub” layihəsinə qoşulub

Read Time:30 Second

 62 

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi və əməkdaşları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

Birlikdən bildirilib ki, “Azəriqaz”ın əməkdaşlarının Azərbaycan Əsgərinə göndərdiyi məktublarda Silahlı Qüvvələrimizin xilaskar missiyası, uzun illər işğalda qalan torpaqların azad olunmasının necə qürurverici və müqəddəs bir hadisə olduğu qeyd edilib. Yazılan məktublarda hər bir əsgərimizlə, zabitimizlə fəxr olunduğu öz əksini tapıb. Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənə endirdiyi zərbələr nəticəsində tezliklə bütün işğaldan azad olunacaq torpaqlarda üçrəngli bayrağımızın dalğalanacağına əminlik ifadə olunub. “Azəriqaz” İB-nin bütün əməkdaşlarının Azərbaycan Ordusunun ardınca “Yüksələr bayrağımız, isinər ocağımız” devizi ilə irəlilədiyi qeyd edilib.

İpmedia.info

0
Ölkə