24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycanda müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu!

Read Time:49 Second

 69 

Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana olub.

İpmedia.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. Sedr məktəblinin oğlu olduğunu deyib:

” Məktəbli artıq anadır. Uşağın cekisi 4 kiloqramdan çox olub. Ana özünü yaxşı hiss edir. Doğuşu da əməliyyatsız həyata keçirilib”.

Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan muellimle bağlı çıxarılmış hökmü ləğv edib.

Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Lerik rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci(on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etme) və 153.1-ci ( on altı yaşına çatmayan sexse qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.

Aparılan istintaqdan sonra 15 yaşlı sagirdle cinsi əlaqədə olan müəllimə hökm oxunub. Lerik Rayon Məhkəməsinin hakimi Atabey Kicikbeyovun sədrlik etdiyi prosesdə Məmmədov Sefahete 1il iş verilib.

 

0