20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycanda minik avtomobillərinin istehsalı avqustda 2 dəfə azalıb

Read Time:31 Second

 65 

İpmedia.info APA.az-a istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz ayda ölkədə minik avtomobillərinin istehsalı 21,8% azalıb. Təkcə avqust ayında ölkədə 96 ədəd minik avtomobili istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 2,1 dəfə azdır. Sentyabrın 1-nə anbarlarda 119 ədəd hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 33 178 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.

0