24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 4% azalıb

Read Time:51 Second

 12 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 10 430,2 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az vəsait yönəldilib.

ipmedia.info Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,2% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,1% azalıb. İstifadə olunmuş vəsaitin 6 995,8 mln. manatı və ya 67,1%-i məhsul istehsalı sahələrinə, 2 492,0 mln. manatı (23,9%-i) xidmət sahələrinə, 942,4 mln. manatı (9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 665,8 mln. manatını və ya 63,9%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 667,2 mln. manatı və ya 63,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,9%, büdcə vəsaitləri 22,3 %, bank kreditləri 6,5%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8% təşkil edib.

0