25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

Read Time:40 Second

 95 

Ipmedia.info APA.az-a istinadən xəbər verir ki,“Azərbaycan və İran prezidentlərinin iştirakı ilə geniştərkibli videokonfrans keçiriləcək”.

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

“İki ölkənin rəhbərlərinin iradəsi budur ki, ölkələrimiz arasında əlaqələr yaxın olsun. İqtisadi əməkdaşlıq üçün böyük potensial var və əminəm ki, biz bu potensialdan daha yaxşı yararlana bilərik. İqtisadi əməkdaşlıqla bağlı 30 yaxın layihəmiz var ,14 layihəni bu il həyata keçirmək istəyirik. Bu, nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə bağlıdır. Bu layihələrin icrası ilə iki ölkənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq. Ticarət sazişi ilə bağlı iki ölkə arasında müzakirələr olub. Dünən də dəniz nəqliyyatı sahəsində iki ölkənin rəsmiləri ilə müzakirələr keçirdi. Ötən həftə isə enerji nazirlərinin müzakirələri olub. Görüşlər iki ölkə prezidentlərinin iştirakı ilə geniştərkibli konfransa hazırlıq məqsədi daşıyır”, – səfir bildirib.

0