25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Azərbaycan və Estoniyanın XİN başçıları arasında telefon danışığı olub

Read Time:48 Second

 26 

Xarici İşlər naziri Ceyhun Bayramovun Estoniya Xarici İşlər naziri Urmas Reinsalu ilə telefon danışığı baş tutub.

İpmedia.info “Report”a istinadən xəbər verir ki, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Estoniya Xarici işlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və münaqişənin dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov Estoniyalı həmkarını Ermənistanın davam edən son dərəcə təxribatçı addımlarının davamı olaraq, 27 sentyabr tarixində cəbhə boyu Azərbaycana qarşı yeni təcavüz aktı törətdiyini və Azərbaycan silahlı qüvvələrinin buna cavab olaraq əks tədbirlər gördüyünü bildirib. Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıldı. Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü vurğulandı. Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb

0