TƏHSİL

“Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMALARI

 59 

“Sosial şəbəkələrdə 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinin tənqidi əsassız iddiadır. Bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır”.

İpmedia.info  Oxu.Az-a istinadən xəbər verir ki, dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak” adı ilə verilib.

“Belə ki, həmin dərsliyin 8-ci səhifəsində belə bir məlumat verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. *Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər”, – kitab müəllifləri bildirib.

3+

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.