“Azərbaycan əsgərinə hər şey qurban olsun” – Şair Ramaldanov

“Azərbaycan əsgərinə hər şey qurban olsun” – Şair Ramaldanov

Read Time:1 Minute, 3 Second

 70 

“Ermənistan hər dəfə döyüş meydanında məğlub olduqca bizim yaşayış məntəqələrimizi hədəf seçir”.

İpmedia.info xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O, qeyd edib ki, ermənilərin yaşayış məntəqələrimizi raket atəşinə tutmaqda məqsədi dinc əhali arasında təşviş, qorxu yaratmaq və döyüş əhval-ruhiyyəsini aşağı salmaqdır:

“Artıq bizim cəmiyyət 90-cı illərin əvvəllərində olduğu kimi deyil. Bu gün Azərbaycanın güclü ordusu və qətiyyətli Ali Baş Komandanı var. Evlər dağılsa da, insanlarımız ölsə də bir nəfər də olsa yaşayış yerini tərk etmir. Hər kəs bildirir ki, Azərbaycan əsgərinə hər şey qurban olsun. Azərbaycan Ordusu bu gün əks-hücum əməliyyatı ilə işğal olunmuş torpaqlarımızı azad edir və erməniləri torpaqlarımızdan qovur. Yaşayış məkanlarımız Ermənistan ərazisindən ballistik raket atəşinə tutulur. Məqsəd isə Azərbaycanı təxribata çəkib, münaqişənin miqyasını genişləndirməkdir. İstəyirlər ki, Azərbaycan da Ermənistana raket atsın. Bununla da Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrini münaqişəyə cəlb etsinlər. Ermənilərin silah-sursatları və raketləri köhnədir. 30-40 il öncə istehsal olunub. Demək olar ki, onların bu silah-sursatları sınaqdan keçirmək imkanları da yoxdur. Bu gün onların atdığı raketlərin zərərsizləşdirilməsi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərinin Azərbaycanın hava məkanını tam qorumasını göstərir. Ona görə də onların atdığı raketlər elə havadaca məhv edilir. Bu da Azərbaycan Ordusunun ən son müasir silahlarla təchiz edildiyinin göstəricisidir”.

0
Dağlıq Qarabağ Münaqişəsi