Ayətullah Əli Xameyni: Müqəddəs varlığı təhqir etmək nə vaxtdan söz azadlığı hesab olunur?

Ayətullah Əli Xameyni: Müqəddəs varlığı təhqir etmək nə vaxtdan söz azadlığı hesab olunur?

Read Time:44 Second

 114 

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi Fransa gənclərinə məktubla müraciət edib.

İpmedia.info xəbər verir ki, Ali Rəhbər Fransa Prezidentinin söz azadlığına münasibətdə ikili standartdan çıxış etdiyini bildirib. Qeyd olunub ki, fitnə-fəsadı söz azadlığı kimi təqdim etmək, müqəddəs Peyğəmbəri təhqir edənləri müdafiə etmək islamofobiyaya rəvac verməkdir.

Ali Rəhbər fransalı gənclərə müraciətində, həmçinin yazır: “Prezidentinizdən soruşun, Allahın elçisini və müqəddəs bir varlığı təhqir etmək nə vaxtdan söz azadlığı hesab olunur? Bu ağılsız hərəkət insanların inancını, mənəviyyatını təhqir etmək deyilsə, bəs nədir?”.

Ayətullah Əli Xamneyi fransalı gəncləri doğru yola dəvət edərək İslam haqqında deyilən yalan və iftiralara inanmamağa çağırıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Məhəmməd Peyğəmbəri karikatura ilə təhqir edənləri müdafiə edərək, müsəlmanları separatçı, İslam dininin isə böhran vəziyyətində olduğunu bildirib.

Fransa Prezidentinin bu çıxışı dünya müsəlmanlarının etirazına səbəb olub. Bununla əlaqədar İran, Türkiyə, Orta Asiya və ərəb dövlətlərində kütləvi aksiyalar keçirilib.

0
DÜNYA