Dağlıq Qarabağ Münaqişəsi

Oleq Kuznetsov: “Bu təxribat Ermənistanda illərdir yaradılan açıq nasist rejiminin təbii ifadəsidir”

“Ermənistan ordusunun bazar günü sübh vaxtı Azərbaycanın mülki əhalisinə raket və artilleriya zərbələri endirməsi istər-istəməz mənə 1941-ci ilin 22 iyun tarixini – Hitler Almaniyasının qoşunlarının xaincəsinə, müharibə elan etmədən və bazar günü SSRİ-yə hücum etməsini xatırladır”. Bu barədə rusiyalı politoloq Oleq Kuznetsov özünün “Facebook” səhifəsində paylaşım edib. O.Kuznetsov paylaşımda ideoloji nasist Qaregin Njdenin davamçılarından bundan […]

Dağlıq Qarabağ Münaqişəsi

Qeyri Hökumət Təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib

Bütün digər beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə Qeyri Hökumət Təşkilatları (QHT) müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. […]

Dağlıq Qarabağ Münaqişəsi

Türkiyənin vitse-prezidenti: “Ermənistanın alçaq hücumunu lənətləyirik”

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Azərbaycana qarşı təxribatçı hücumuna “Twitter” hesabında münasibət bildirib. “Ermənistanın bu səhər Azərbaycan torpaqlarına qarşı həyata keçirdiyi alçaq hücumu lənətləyirik. Təxribatçı Ermənistan bir daha dünyaya haqqı, qanunu, vədi və atəşkəsi necə başa düşdüyünü göstərdi”, – deyə o qeyd edib. 0

Dağlıq Qarabağ Münaqişəsi

Sergey Markov: “Rusiya hərbi yolla müdaxilə etməyəcək”

Rusiya Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı dayandırmaq və danışıqlara keçmək üçün fəal diplomatik səylər göstərəcək, ancaq hərbi yolla müdaxilə etməyəcək. Bu barədə Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki döyüşləri özünün “Facebook” səhifəsində şərh edərkən bildirib. “Döyüşlər başladı. Rusiyanın mövqeyi necə olacaq? 1. Rusiya sülh tərəfdarıdır və […]

SON DƏQİQƏ

Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib

Sentyabrın 25-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib. İpmedia.info  Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində […]

HADİSƏ

Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Ipmedia.info xəbər veri ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. 4+

Ölkə

Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı – FOTO

Sentyabrın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz məsuliyyətimizdir” adlı layihəyə başlanılıb. Ipmedia.info xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı […]

DÜNYA

İnsanların gözü qarşısında qızını kəmərlə döydü – FOTO/VİDEO

Kişi insanların gözünün qarşısında qızını kəmərlə döyüb. Buna səbəb isə qızının Boqotada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub. Bu barədə İpmedia.info “Daily Mail”-ə istinadən xəbər verir. Norbeli Restrepo 19 yaşlı qızı Kərimədən nümayişlərdə iştirak etməməsini istəyib. Lakin qızı onun sözünə qulaq asmayıb və aksiyalara qoşulub. Bunu öyrənən ata hadisə yerinə gələrək elə etirazçıların gözü qarşısındaca […]

Ölkə

Erməni dili kurslarına qəbul keçirilir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kursları təşkil edir. Hazırda həmin kurslara qəbul prosesi gedir. ARB24 həmin kursların məzunlarından biri olan Roza Əsgərova haqqında süjet hazırlayıb. R.Əsgərova altı ay erməni dili kurslarına gedib, hazırda araşdırmaçı kimi çalışır. O, düşmən haqqında məlumatları ilkin mənbədən almağın daha düzgün olduğunu düşünür. 1+