28 Oktyabr 2020

İpmedia.info

İnternational Press

APL 30-cu oldu

Read Time:29 Second

 80 

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 5 mövsümdə dünyada ən çox vərəqə göstərilən futbol çempionatlarını araşdırıb.

 

IPmedia.info, Sportline.az-a istinadən xəbər verir ki, hesabat 87 ölkənin yüksək liqasının göstəricilərini əks etdirir. Azərbaycan Premyer Liqası bu göstəricidə 30-cu sırada yer alıb.

 

Premyer Liqada hər oyuna orta hesabla 4,7 sarı, 0,26 qırmızı vərəqə düşür.

 

Qırmızı vərəqə sayı baxımından Yaponiya (0,08), Norveç (0,10) və Malayziya (0,11) intizamı ilə fərqlənir.

 

Ən çox vərəqənin göstərildiyi liqa isə Boliviya çempionatıdır. Burada hər oyunda ortalama 6,32 sarı, 0,60 qırmızı vərəqə olur.

0