20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Aparıcı Vüsalə gözəllik salonunda müştəri ilə dava edib, onu qovdu.

Read Time:56 Second

 135 

İpmedia.info xəbər verir ki, Mehsur teleaparıcı Vüsalə Kərimovanın gözəllik salonunda şikayət edən müştəri ilə kobud davranaraq onu salondan qovmasi iddia olunub.

Bu barədə xanım müştəri “Facebook” sosial şəbəkəsində qrupların birində dərc edib.

Xanım iddia edib ki, hazırda V.Kerimovanin prodüsseri olduğu müğənni Yaşar Cəlilovun adına açdığı gözəllik salonunda ona yaniq xəsarəti yetiriblər. O salonda lazer prosedurundan keçib. Presodurdan əvvəl lazeroloq Sevinc xanım tərəfindən dərisinə keydici vurulub, ondan sonra gozlemeyini xahiş ediblər. Müştəri çox olduğundan müştərinin dərisində krem 1 saat qalıb. Bundan sonra presodur həyata keçirilib və xanımın dərisində yanmalar başlayıb. Lazeroloq bunun keçəcəyini deyib, lakin ağrılar getdikcə şiddətlənib. Xanımın iddiasına görə, Sevinc ona səhv mənimdir, kremi dəridən vaxtında silmediyini desə də, Vüsalə Kərimova ona bildirib ki, günah onun özündədir, vaxtında kremi silməyib. Daha sonra müştəri öz narazılığını bildirib, ödənişi tələb etdikdə, Vüsalə Kərimova ona qarşı qeyri-etik ifadələr işlədərək onu qovub. Xanım Kərimovanın ona ” hara istəyirsən get, şikayət et. Sən mənə heç nə edə bilməzsən, mən heç kimdən qorxmuram” dediyini iddia edib. Müştəri ona ağrılara dözə bilmədiyini, Təcili Tibbi Yardımı cagirmalarini xahiş etsə də, o, buna etiraz edərək, ” 50 manat verib, onları geri qaytaracam deyib”.

0