23 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Aparıcı soyuq duş kimi cavab verdi

Read Time:36 Second

 45 

Məşhur amerikalı radio tok-şou aparıcısı Tom Laykis “Twitter” səhifəsində ermənilərə soyuq duş kimi təsir etmiş cavabı verib

“Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın və öz ölkəniz üçün vuruşun. Bizdən bunu etməyi gözləməyin! Biz bunu etməyəcəyik!”

ipmedia.info xəbər verir ki, bunu məşhur amerikalı radio tok-şou aparıcısı Tom Laykis “Twitter” səhifəsində yazıb.

Bir müddət əvvəl Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə “etiraz” adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayaraq nəqliyyata maneə törədiblər və bir çox los-anceleslinin qəzəbinə səbəb olublar.

Qeyd edək ki, Laykis “The Tom Leykis Shaw” radio şousuna 1994-2009-cu və 2012-2018-ci illərdə aparıcılıq etməsi ilə tanınır.

0