29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Almaniya Azərbaycana 6 süni tənəffüs aparatı göndərib

Read Time:29 Second

 133 

Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasına texniki yardım göstərmək məqsədilə 6 ədəd “Dräger Evita V600” süni tənəffüs aparatını ölkəmizə göndərib.

İpmedia.info “Report”a istinadən xəbər verir ki,  oktyabrın 7-si Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Volfqanq Maniqin başçılıq etdiyi heyət ilə TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevin başçılıq etdiyi heyət sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

Tədbirdə R.Ağayev Almaniyanın ölkəmizdəki səfiri Dr. Volfqanq Maniqə Azərbaycana göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

0