merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 25 Second

 122 

Bəzi siyasətçilərin və ya “mütəxəssislərin” “parazit” təhlillərinə qərq olan mediamız “zəifliyini etiraf edir” və nəticədə Dağlıq Qarabağ münaqişəsinin səhnələşdirilməsində iştirak edir. Çünki erməni mənşəli həmvətənlərin və ya Ermənistan vətəndaşlarının narahatlıqlarına cavab vermək üçün bir sıra geosiyasi və strateji mülahizələr səsləndirmək və Dağlıq Qarabağ münaqişəsi kimi mövzu ilə bağlı “hədsiz sadə” fikirlər təqdim etmək son günlər dəbdədir. Guya “sevimli” ermənilər dədə-baba torpaqlarını müdafiə edir, “qəddar” azərbaycanlılar isə onlara hücum edirlər…

İpmedia.info xəbər verir ki, bu fikirlər “AgoraVox” portalında dərc olunmuş “Dağlıq Qarabağ -Fransız mediası düşərgəsini seçəndə”… qərəz ya manipulyasiya?” adlı məqalədə yer alıb.

Məqalədə deyilir ki, təkrarlanan və oradan-buradan gələn müdaxilələr əsl məlumat və faktları əvəz edir. Onlarla sənəd, on illərdir beynəlxalq səviyyədə tanınan sərhədlərin yenidən cızıldığı xəritələr, “görüntülər üzərində dayanaraq” kontekstdən çıxarılan şəkillər, cəlbedici ifadələr, bəzən dostdan, onun da, öz növbəsində, nənəsindən, qardaşından, əmisi oğlundan eşitdiyi rəvayətlər…! Qısası, təxribat xarakterli və elə buradan da erməni “dostlarımız”ın xeyrinə olan səs, söz yığını fransız mediasını bürüyüb.

Müəllif Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlər fransız mediasında səsləndirilən birtərəfli mövqelərin, səsləndirilən fikirlərin qərəzliliyinə etiraz edir. Bildirir ki, ölkədə müəyyən qurumlar tərəfindən yaxşı xaos strategiyası təşkil edilib. Son günlər xristian və müsəlman sivilizasiyalarının uyğunsuzluğunu vurğulayan digər aktual məsələlərin arxasında gizlədilən məqamlar açıq-aydın görünür.

Müəllif fransız mediasının obyektiv gözləntilərə cavab vermək, demokratik platforma qurmaq əvəzinə, qərəzli, birtərəfli mövqe tutmasının məyusluq yaratdığını vurğulayıb. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi kimi ciddi problemləri işıqlandırmaq üçün Fransa mediasının daha geniş platforma qurub, hadisələri obyektiv təhlil edəcəyi gözlənilsə də, ölkədə Ermənistana açıq şəkildə üstünlük verən media müharibəsi gedir.

Yazıda Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, azərbaycanlıların doğma yurdundan didərgin salınması, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə, münaqişənin həllində vasitəçilik edən Minsk qrupu haqqında da ətraflı məlumat verib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.