22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ağcabədi atəşə tutuldu: Yaralı var – RƏSMİ

Read Time:30 Second

 79 

Bu gün saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

 

“İpmedia.info” xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

0