29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Adı Neftçi ilə çəkildi, başqa yerə getdi

Read Time:35 Second

 84 

Adı “Neftçi” ətrafında hallandırılan “Panatinaikos”un futbolçusu Dimitris Kolovosun yeni klubu müəyyənləşib. IPmedia.info Sport24.az-a istinadən xəbər verir ki, 27 yaşlı yunan hücumçu cari mövsümün sonunadək Moldovanın “Şerif” klubuna icarəyə verilib. Bu haqda Tiraspol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Dimitrios keçən mövsüm Afina klubunda 21 matçda 1 qola imza atıb. Onun millidə 9 matçı var.

 

Xatırladaq ki, Yunanıstan mətbuatı Kolovosun “Neftçi”yə 1 illik icarəyə veriləcəyini yazmışdı. Onun karyerasını davam etdirəcəyi “Şerif”i bu mövsüm Çempionlar Liqasından “Qarabağ”dan kənarlaşdı

rıb.

0