ABŞ-ın daha bir ştatında erməni terroruna etiraz – Fotolar

ABŞ-ın daha bir ştatında erməni terroruna etiraz – Fotolar

Read Time:41 Second

 111 

ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçirib. Aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

İPmedia.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Minneasota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

0
Dağlıq Qarabağ Münaqişəsi