merry christmas

Yeni İliniz Mübarək

Read Time:33 Second

 176 

ABŞ-ın Oklahoma ştatındakı Talsa şəhərində ən azı on nəfərin qalıqlarının olduğu adsız qardaşlıq məzarlığı tapılıb.

İpmedia.info xəbər verir ki

, ölənlərin ABŞ tarixində ən böyük irqi qiyamların qurbanları ola biləcəyi ehtimal olunur.

Məzarlıq 1921-ci ildə baş verən “Talsa qırğınları”nın qurbanlarının axtarışı ilə bağlı şəhər bələdiyyəsinin göstərişi ilə qazıntılar zamanı aşkarlanıb.

Arxeoloq Kerri Stekelbek ölənlərin irqi qiyamlarla əlaqəli ola biləcəyini deyib. Bununla belə, o, hər hansı bir nəticə çıxarmaq üçün hələ tez olduğunu, buna görə ekspertiza keçiriləcəyini vurğulayıb.

“Qardaşlıq məzarlığının mənşəyini müəyyənləşdirmək və kimin dəfn olunduğunu öyrənmək üçün çox işlər görülməlidir. Hazırda bizə ancaq qəbiristanlığın ərazisində bu günə qədər heç kimin bilmədiyi qardaşlıq məzarlığı olduğu məlumdur”, – deyə o bildirib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.