28 Oktyabr 2020

İpmedia.info

İnternational Press

27 yaşlı oğlanı maşın vurdu

Read Time:17 Second

 23 

ipmedia.info “qafqazinfo”-ya istinadən xəbər verir,

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Şəhriyar kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu “Opel” markalı minik avtomobili vurub.

Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0