merry christmas

Yeni İliniz Mübarək

Read Time:2 Minute, 4 Second

 184 

“Dünya tarixində sayıla bilən 15 müharibə olub. Mənim hesablamama görə, Azərbaycan tarixində də 70-dən çox müharibə olub. Biz ümumiyyətlə, müharibələr tariximizə baxsaq, hazırda Azərbaycan dövlətinin apardığı bu vətən müharibəsi Azərbaycan hərb sənəti tarixində yeni bir dövr açır”.

ipmedia.info xəbər verir ki, bunu ötən 1 ay ərzində Ermənistanın hücumlarına qarşı Azərbaycanın əks-hücumlarını qiymətləndirən tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

Onun sözlərinə görə, hər bir xalqın, dövlətin tarixində ən böyük fəlakət xüsusilə torpaq itkisi ilə müşayiət olunan hərbi məğluiyyətdir: “Hər bir xalqın tarixindən ən böyük uğurlardan biri hərbi uğurlardır. Ona görə də bizim 27 sentyabrdan başlayan qələbələr, – təbii ki, 27 sentyabra qədər də 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul ayında baş verən hadisələr,- Azərbaycan ordusunun, dövlətinin, xalqının uzun müddət apardığı mübarizənin nəticəsidir. Yəni bu birlik Azərbaycan cəmiyyətinin fundamentini təşkil edir. Ona görə də biz bu baş verən hadisələrə bir tərəfdən hərb sənəti, hərbi strategeyia, digər tərəfdən Azərbaycan diplomatiyasının qələbələri, həmçinin də xalqın, dövlətin iqtisadi-siyasi cəhətdən bu müharibəyə necə hazır olması nöqteyi-nəzərindən müxtəlif rakuslardan baxdıqda onun bizim üçün əhəmiyyəti daha aydın olur”.

K.Şükürov hesab edir ki, 27 sentybardan başlayan hadisə həm də çox böyük bir mənəvi əhəmiyyətə malikdir: “Bizim gənclərimizin, insanlarımızın mənəvi tərbiyəsi sahəsində çox böyük bir ruh yüksəkliyinə səbəb olub. Özü də əvvəlki müharibələrin tarixi də bu faktı göstərir. Müharibədə qalibiyyət xalqın yenidən doğuluşunu və yeni bir yaradıcılıq potensialı ilə inkişaf etməsini ortaya qoyur. Yəni 27 sentyabrdan bəri baş verən hadisələr bizim tariximizdə olduqca mühüm və əhəmiyyətli bir yeni səhifə açır”.

K.Şükürov onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandanın bu dövrdə xalqa müraciətləri, xarici mediaya verdiyi müsahibələr, ayrı-ayrı görüşlərdəki fikirlər də Azərbaycan dövlətçilik tarixi üçün çox mühüm bir salnamə rolunu oynayır: “Bunları sistemləşdirdikdə aydın olur ki, bu çıxışlar, burada qoyulan problemlər, məsələlər, Dağlıq Qarabağ münaqişəsinə, bütövlükdə isə Azərbaycanın dövlətçiliyinin müasir inkişaf səviyyəsinə baxışı o dərəcədə əks olunub ki, mən bunları Azərbaycanın müasir tarixinin bir ensiklopediyası adlandırmaq istəyirəm. Bu ensiklopediyada bizi düşündürən bütün suallara cavab var. Bundan başqa, bizim tarixi perspektivimziə dair çox önəmli mesajlar var. Ona görə, mən bir daha söyləmək istəyirəm, 27 sentyabrdan sonra başlayan hadisələr müasir Azərbaycan tarixində yeni bir səhifə açdı. Baxmayaraq ki, Ermənistanın həyata keçirdiyi terror aktları nəticəsində bizim mülki şəxslər həlak olub, yaşayış evlərinə çox böyük ziyanlar dəyib. Bu da müharibənin bir tərkib hissəsidir. Ümid edirəm ki, vaxtı gələcək bunlar da hüquqi-siyasi qiymətini alacaq. Bütün bunlar komleks şəkildə bizim Azərbaycan tariximizin yeni bir səhifəsidir və bizim qarşımızda açılan yeni bir tarixi perpsektivin müjdəçisdir”.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.