157 BTC vasitəsilə 2020-ci ildə 178,8 milyon barel neft nəql edilib

157 BTC vasitəsilə 2020-ci ildə 178,8 milyon barel neft nəql edilib

Read Time:36 Second

 92 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci il yanvar-oktyabr aylarında 178,8 milyon barel neft nəql edib.

İpmedia.info xəbər verir ki, 2020-ci ilin əvvəlindən noyabr ayına qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 237 tankerə yüklənərək dünya bazarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 539,1 milyon barel neft nəql edilib. Bu neft 4 min 618 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət, 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

0
DÜNYA