22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

12 sentyabr çevrilişindən 40 il ötür.

Read Time:1 Minute, 0 Second

 435 

12 Sentyabr Hərbi Çerilişi və ya 1980 Qiyamı – Türkiyə Silahlı Qüvvələrinin 12 Sentyabr 1980 günü əmri ilə içində reallaşdırdığı hərbi müdaxilə. 27 May 1960 çevrilişi və 12 Mart 1971 keçrilməsinin ardından Türkiyə cümhuriyyəti tarixində silahlı qüvvələrin rəhbərliyə üçüncü açıq müdaxiləsi baş verdi.Bu müdaxilə ilə Süleyman Dəmirəlin Baş naziri olduğu hökumət vəzifədən alındı, Türkiyə Böyük Millət Məclisi ləğv edildi, 1970 sonrasında dəyişdirilən 1961 Konstitusiyası tətbiqdən qaldırıldı və Türkiyə siyasətinin yenidən hazırlandığı bir hərbi dövr başladı. Bu dövr təxminən doqquz il davam etdi. 12 Sentyabr 1980 ardından partiyalar ləğv edildi, partiya liderləri əvvəl hərbi əsaslarda rejim altında tutuldu, ardından mühakimə olundu.2010 konstitusiya referendumunda, dəyişikliklərin qəbul edilməsiylə 13 Sentyabr 2010 tarixində müxtəlif vətəndaş cəmiyyət quruluşları, peşələr və dərnəklər ilə çevrilişdən zərər çəkmiş kəslər 12 Sentyabr çevilişini edənlər haqqında məhkəməyə müraciət etdilər. Bütün cinayət məlumatlarını yığan Ankara Respublika Baş prokurorluğu “Milli Təhlükəsizlik Şurası adı altında 12 Sentyabr 1980-də ölkə rəhbərliyinə əl qoyan və 24 Noyabr 1983-cü ilə qədər bu statusunu davam etdirən hərbi rejimin rəhbərliyinin həyatda qalan üzvləri Kənan Evrən, Nejat Tümər və Tahsin Şahinkayanın işlədiyi (A) Nürnberg Şərti ilə qəbul edilmiş beynəlxalq cinayət haqqında qanunun 146, 147, 153, 174, 179, 180, 181 (insanlığa qarşı cinayətlər maddəsi) ilə günahkar bilindilər.

0